Deputatdan sərt sözlər: "Qibləsini tanımayan müşriklərdən alət kimi istifadə edilir"

Parlamentin bugünkü iclasında Milli Şuranın oktyabrın 19-da Bakı metrosunun “28 May” stansiyası önündə keçirdiyi icazəsiz aksiya haqda danışılıb. Sherg.az bildirir ki, millət vəkili Siyavuş Novruzov qeyd edib ki, radikal müxalifət qanunları pozub:

"Mitinq iştirakçıları polislə qarşdurma yaratmağa cəhd edirdilər. Hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılmalıdır. Hər kəs, millət vəkilləri də buna öz münasibətini bildirməlidir. Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa cəhd edənlər erməni lobbisi ilə bağlıdır. Mən burdan üzümü dindarlara da tuturam. Qibləsini tanımayan müşriklərdən alət kimi istifadə edilir.

Bunu ağaları qarşısında etiraf edirlər. O mitinqə dindarlar da gəlmişdi. Mən üzümü dindarlara tutub soruşuram: sizin fəaliyyətiniz nədən ibarətdir? Azərbaycanda məscidlər tikilir, mədrəsələr təmir olunur, xalqın istifadəsinə verilir. İndi 1990-cı illər deyil. Azərbaycan rəhbərliyi qətiyyətli siyasət həyata keçirərək, ölkənin maraqlarını beynəlxalq təşkilatlarda, ayrı-ayrı dövlətlərdə, beynəlxalq tribunalarda yüksək səviyyədə təmsil edir”.