Seyidov: "Azərbaycan prezidentinin islahatlarına zərbə vurmaq istəyirlər"

Milli Məclisin bugünkü iclasında Milli Şuranın qanunsuz aksiyası ilə bağlı danışılıb.

Sherg.az-ın xəbərinə görə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov 19 oktyabrda icazəsiz aksiyaya cəhd edənlərin Azərbaycanın beynəlxalq aləmdə imicinə zərbə vurmaq niyyəti güddüklərini qeyd edib: 

“Cənab Prezident İlham Əliyev Azərbaycanın maraqlarını yüksək səviyyədə beynəlxalq aləmdə qoruyur. Bir neçə gündən sonra Azərbaycan Qoşulmama Hərəkatına ev sahibliyi edəcək. Bu destruktiv qüvvələr Azərbaycan-ABŞ münasibətlərini pozmaq istəyir. Ancaq buna nail ola bilməzlər. İki ölkə arasında yüksək səviyyədədir. Azərbaycan artıq dünyada qəbul olunan siyasət həyata keçirir. Ölkəmizin həyata keçirdiyi siyasət regiona inkişaf gətirir. Həmin qüvvələr Azərbaycan prezidentinin islahatlarına zərbə vurmaq istəyirlər. Amma bunu da bacarmayacaqlar. Düşünürəm ki, hamımız bu hadisələri seyr edərək, bir daha başa düşdük ki, ölkə başçısının həyata keçirdiyi siyasət xalqın siyasətdir. Heç kim bunun qarşısını ala bilməz”.