Qoşulmama Hərəkatının Bakı sammitində dörd sənəd imzalanması gözlənilir

Qoşulmama Hərəkatının Bakıda keçiriləcək 18-ci Zirvə toplantısında 158 ölkə və beynəlxalq təşkilatın nümayəndələrinin, eləcə də, 60 ölkənin dövlət və hökumət başçısının iştirakı təsdiqlənib.

İnterfax.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov mətbuat konfransında bildirib.

O qeyd edib ki, Bakıda keçiriləcək sammitdə dövlət və hökumət başçılarının, XİN və beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı gözlənilir.

Nazir müavini bildirib ki, Zirvə Görüşündə 4 yekun sənədin qəbulu da gözlənilir. Bunlar Yekun sənəd, Bakı Siyasi Bəyannaməsi, Ev sahibliyi dövlətə təşəkkür və Fələstin üzrə sənəddir. İlk üç sənədə Dağlıq Qarabağ və Azərbaycanın xarici siyasətinin prioritetləri ilə bağlı maddələr daxil edilib.