İşdən çıxarılan Əli Həsənov bu vəzifələri icra edəcək

Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyevin sərəncamı ilə Əli Həsənov Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilib.

Unikal.org xəbər verir ki, Ə.Həsənov işdən çıxarılmasına baxmayaraq, bir neçə vəzifənin icrasını hələ də davam edir. O, hazırda Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədridir. Eyni zamanda Əli Həsənov Yeni Azərbaycan Partiyasının Sədr müavinidir.

Qeyd edək ki, Prezident İlham Əliyev dünənki qəbulda bildirib ki, Ə.Həsənov bundan sonra da Yeni Azərbaycan Partiyasında fəaliyyət göstərəcək.