Təranə etiraf etdi: "Musa içib vurur, ətrafı dağıdırdı" - VİDEO

"Atam dəmir yolunda işləyirdi, gecə evə gəlmirdi. Tək qalırdıq. Elə qorxurduq ki... Göy guruldayanda stolun altına girirdik. Məktəbə gedəndə deyirdik ki, anamız olsaydı, saçımızı bağlayardı, yaxşı geyinərdik. Ananın yoxluğu hər ailəni söndürür. Böyük bacımız anamızın şəkillərini gizlətmişdi ki, biz görməyək".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Təranə Qumral "Şou ATV" verilişində deyib. Uşaq yaşda anasını itirən sənətçi ondan söz açıb.

Qumral daha sonra ilk ərindən bəhs edib: "Birinci həyat yoldaşım gözəl insan olub. Amma gənclik səhvim idi".

Təranə əri Musa Musayevin içki düşgünü olmasından danışıb:

"Ayrıldıqdan sonra Musa ilə ailə qurdum. Bir dəfə ailəm dağılmışdı deyə, istəmirdim ikinci dəfə də eyni hal yaşansın. 26 il qısqanc həyat yoldaşı ilə addımlamışam. Kim nə deyir desin, biz Musa ilə ayrılmarıq. Canımı qoymuşam ki, Musa içkini tərgitsin. Döymür, amma söyür. Adi əşyanı, yolu söyür. Ona içkini tərgitmək üçün saçımı süpürgə etdim. İçirdi, vururdu, dağıdırdı. Onu öyrətdilər, bir ara pis oldu. Sonra ayıldı".