Təcavüz və şantaj: Lerik sakini hər şeyini itirdi

Biz qadınların səhvlərinin bağışlanmadığı bir cəmiyyətdə yaşayırıq. Qadını zəif varlıq adlandırsalar da, ona büdrəməyə, səhvə yol verməyə icazə vermirlər. Belə ki, Lerik rayonunda 28 yaşlı qadın düşüncəsiz addımı və axmaqlığı nəticəsində hər şeyini, ailəsi, övladları, qohumları və evini itirib.

Bu barədə Oxu.Az-a rayonun hüquq-mühafizə orqanlarından məlumat verilib.

Təcavüz və xəyanət hadisəsi sentyabrın sonunda, bu bölgənin kəndlərindən birində yaşayan 1991-ci il təvəllüdlü Ş.M.- nin  Lerik RPİ-ə şikayət etməsi ilə başlayıb.

O, qayınatasının qardaşı oğlu, 1977-ci il təvəllüdlü M.M-in həyat yoldaşı və qızı olan Nərmin və Şəlalə (adlar şərtidir) tərəfindən döyüldüyünü söyləyib. Belə ki, Nərmin və Şəlalə zərərçəkənin əlini bağlayaraq onu huşunu itirənə qədər döyüb. Bütün bunlar M.M.-nin evində baş verib.

Bura qədər isə hadisə belə cərəyan edib. 2019-cu ilin aprel ayında kənd məktəbində müəllim işləyən Ş.M.-nin əri Təhsil Nazirliyinin imtahanlarına hazırlaşmaq üçün Bakıya yola düşüb.

Ş.M. iki oğlu ilə birgə ərinin valideynlərinin yanında yaşamağa başlayıb.

Qeyd edək ki, ər qadının əmisi oğlu olub.

Ailə həyatı boyunca Ş.M.- nin qohumlarından, o cümlədən ərindən çox sayda zərbə alıb. Buralarda qadınlar əksərən ağır kişi işləri görür, 24 saat tər tökürlər. Bu taleyi Ş.M. da yaşayıb. Kiçik uşaqlara və ev işlərinə baxmaqdan əlavə, o həm də qoyun otarmağa məcbur qalıb.

Otlaq isə evdən çox uzaqda - kənddən 500 metr məsafədə, meşə zolağında yerləşirdi. Onun taleyindən şikayət edəcək heç kimi olmayıb. Valideynlərinə ilk belə müraciətində Ş.M.-nın aldığı cavab “Bu, sənin borcundur”, - olub.

Və bir gün M.M. adlı şəxs otlağa gedən qadının arxasınca düşür. Ətrafda heç kimin olmamasından istifadə edən M.M. qadına təcavüz edir. Ş.M. bütün rayonda rüsvay olmaqdan qorxaraq hadisəni qohumlarından gizlədir.

Qeyd edək ki, qurban hicab taxır və namaz qılır.

Ancaq qohumunun izləməsi bununla bitmir. O, qadına “WhatsApp”da yazaraq görüşə dəvət edir. Ş.M. təklifi rədd etsə də, kişi onu münasibətləri haqda danışacağı və qadını rüsvay edəcəyi ilə bağlı şantaj edir. Plan işə yarayır və qadın görüşə gedir. Gizli görüşlər Ş.M.-nin evinin yaxınlığında baş tutur.

Sentyabrın sonunda Ş.M.- nin həyat yoldaşı paytaxtdan qayıdır. Bu vaxta qədər isə qadın qohumu ilə təxminən 13 dəfə görüşüb. Bir dəfə arvadının mobil telefonunu götürən ər M.M.- in nömrəsini görərək izahat tələb edib. Bütün həqiqət burada üzə çıxıb.

Qadın yoldaşına M.M.-nin təcavüz və şantajlarından, təkrar cinsi əlaqə tələbindən danışıb. Təhqiredici davranışına görə müəllim onu ​​evdən qovub, uşaqları isə özü ilə aparmağa icazə verməyib. Bədbəxt qadın valideynlərinin evinə getsə də, onu burada da qəbul etməyiblər.

Bu bölgələrdə polisin də qeyd etdiyi kimi utanc bağışlanmır. Bu yaxınlarda burada evli qadınlardan  birinin sevgilisinin hər iki qulağı kəsilmişdi. Ancaq bu başqa bir hekayədir.

Ş.M.- nin bu halda gedəcək yeri və pulu olmadığından o, bir neçə gecəni meşədə keçirməli olub. Acından ölən qadın M.M.- dən kömək istəməyə qərar verib. Ancaq sevgilisinin evində onun həyat yoldaşı və qızı tərəfindən qarşılanıb.

Döyüldükdən sonra Ş.M. müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Buraxıldıqdan sonra zərərçəkən polisə şikayət edib. Qadının gedəcək yeri olmadığından hüquq-mühafizə orqanları onu Kamal Ağazadənin rəhbərlik etdiyi Azərbaycan Uşaqları Birliyinin sığınacağına aparıb.

Əvvəlcə isə onun və günahlandırılan M.M.-in ifadələri alınıb. 42 yaşlı kişinin həddən artıq boş vaxtının olduğu məlum olub. Belə ki, qızlarını evləndirmiş ata artıq başqalarının qadınına göz dikərək “özü üçün yaşamağa” qərar verib.

Əldə olunan məlumatlara görə, Ş.M.-nin ifadəsinə baxmayaraq, təcavüz barədə məlumat hələ də təsdiqlənməyib. Belə ki, təcavüzə dair zərərçəkənin sözlərindən başqa sübut yoxdur.

Bundan əlavə, təqsirləndirilən M.M. günahını etiraf etmir. M.M. qadının razılığı ilə onunla cinsi əlaqədə olduğunu iddia edərək saxladığı yazışmaların bir qismini istintaqa təqdim edib. Həmin hissədə isə şantaj və ya təhdid kimi görünən heç nə olmayıb.

Beləliklə, axmaqlığı qadını hər şeydən məhrum etdi, kişi isə ailəsini qoruya bildi.

Bu kədərli hekayənin nə ilə bitəcəyi bilinmir, ancaq bu müddət ərzində çarəsiz Ş.M. bir neçə dəfə intihar etməyə cəhd edib. Hazırda Azərbaycan Uşaqları Birliyinin sığınacağında onunla psixoloqlar məşğul olur.

Baş verənlərdə hüquq-mühafizə orqanları əri də günahlandırır. Onların sözlərinə görə, heç bir normal ailədə gənc bir gəlini meşədə qoyun otlamağa məcbur etmirlər.

Hazırda qadının nə vəziyyətdə olması və onu bu yerə gətirən səbəblər heç kimi, hətta qadının valideynlərini də narahat etmir.

Ər artıq boşanmaq üçün məhkəməyə müraciət edib.

Ş.M. çox sevdiyi uşaqlarından ayrılmağa dözə bilmir. İki yaşlı kiçik oğlu davamlı ağlayaraq anasını soruşur. Bunu qadına əri özü etiraf edib. O, anasının evdə olmamasını uşağa necə izah edəcəyini bilmədiyini deyir.

İndi savadsız Ş.M. bir sənət öyrənib işə düzəlməli, mənzil məsələsini həll etməlidir. Bütün bunları köməksiz kəndli  qadın üçün həyata keçirmək çox çətindir.

Kəndlərdə qızları evlə təmin etmək adət deyil. Orada, yetkinlik yaşına çatdıqda, bəzən isə daha tez qızlarından xilas olur - onları evləndirirlər. Kənd qızları üçün evlənmə cəbhə xəttinə bənzəyir: güc, iradə və əzm göstərsən, onda yaşayacaqsan, zəif və axmaqsansa, ən yaxşı halda özünü küçədə tapacaqsan, ən pis halda səni öldürəcəklər.