Avtomobil mal-qaraya çırpıldı, xəsarət alanlar var

Goranboyda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA -nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə Bakı-Qazax yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. “VAZ-2106” markalı avtomobil yolun hərəkət hissəsində mal-qaranı vurub. Nəticədə avtomobilin sürücüsü və maşında olan sərnişin xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.