Türkiyə və Rusiya hərbçiləri Suriyanın şimalında birgə patrul xidməti aparacaqlar

“150 saat ərzində Suriyada kürd terror qruplaşmaları 30 kilometrlik zonanın xaricinə çəkiləcəklər”.

APA -nın Rusiya bürosunun məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi danışıqların yekununa dair birgə mətbuat konfransında bildirib.

"150 saat ərzində kürd terror qruplaşmaları 30 kilometrlik zonanın xaricinə çəkiləcəklər. Bu vaxtın hesablanması 23 oktyabr saat 12:00-dan başlayacaq. 150 saat vaxt bitəndən sonra “Barış bulağı” əməliyyatının keçirildiyi yerdən qərbdə və şimalda Türkiyə-Rusiya birgə patrul xidmətinə başlanılacaq"-deyə Türkiyə prezidenti vurğulayıb.

Ərdoğanın sözlərinə görə, Suriya ərazisində Türkiyə-Rusiya birgə patrul xidməti Türkiyə sərhədindən 10 kilometr dərinlikdə aparılacaq.