Odun doğrayan kişi ayağını kəsdi

Gəncədə bədbəxt hadisə baş verib.

APA -nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Gülçülük adlanan ərazisində qeydə alınıb. Belə ki, şəhər sakini Müzəffər Allahverdiyev odun doğrayàn zaman ehtiyatsızlıq edərək, balta ilə ayağını kəsib. M.Allahverdiyev xəstəxanaya yerləşdilib.

Onun yarası tikilib və vəziyyətinin orta ağır olduğu bildirlir.