Siqaretin qiyməti yenə bahalaşacaq


Noyabrın 1-dən etibarən Fransada siqaretin qiyməti yenə bahaşacaq.
“Sherg.az” “liberation.fr”ə istinadən xəbər verir ki, bu tütün məhsulunun qiyməti 50 sent artaraq 10 avroya çatacaq. 
Makron prezident seçildikdən sonra doqquzuncu dəfədir ki, siqaret bahalaşır.

Bütün bunlar vergi faizlərinin artırılması ilə bağlıdır. 
Makron hökumətinin məqsədi 2020-ci ilə qədər tütündəın istifadənin azaldımasına nail olmaqdır. 

İl yarım öncə, 2018-ci ilin martında hökumət vergi faizlərini güclü şəkildə yüksəldib. Əyani misal kimi, “Marlboro” siqaretinin qiymətinə nəzər salsaq, görərik ki, onun qiyməti 7,30 avrodan, 10 avroya qədər bahalaşıb.

Və bu bahalaşmadan sonra həmin siqaretin satışında 9,32 faiz azalma qeydə alınıb. 

Yazıda o da qeyd olunur ki,  Fransada hər il siqaret səbəbindən xərçəngə və ürək-damar xəsətliklərinə tutulan təxminən 75 min nəfər dünyasını dəyişir.