Firudin Cəlilov: "Ramiz Mehdiyevin indiki vəzifəsi daha yüksəkdir"

Prezident İlham Əliyev Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilmiş Ramiz Ənvər oğlu Mehdiyev bu vəzifəyə təsdiq edilsin.

Təyinatla bağlı fikrilərini Sherg.az-la bölüşən türkoloq-alim, professor Firudin Cəlilov Ramiz Mehdiyevin yeni vəzifəsinin yüksək olduğunu qeyd edib:

“Bəziləri sosial şəbəkələrdə şərh yazır ki, “Ramiz Mehdiyev vəzifədən çıxarıldı”. Əslində onun Prezident Adminstrasiyasında tutduğu vəzifə ilə yeni vəzifəsi arasında dağlar qədər fərq var. AMEA-nın prezidenti Azərbaycanda çox yüksək dəyəri olan bir vəzifədir. Minlərlə alimin işlədiyi sahəyə rəhbərlik etmək böyük vəzifədir. Biri var Prezident Adminstrasiyasında məmur kimi çalışasan, bir də var ki, Elmlər Akademiyasının prezidenti olasan. Bu mənada Ramiz Mehdiyevin daha yüksək vəzifəyə təyin olunduğunu düşünürəm”.