Siçovullar maşın sürür - VİDEO


Siçovulların gizli-gizli oynamağı , alətlərdən istifadə etməyi və ya labirintdə yol tapmağını bilirdik . Ancaq xırda maşınları idarə etmək bacarıqlarını təsəvvür belə  etməzdik. Bəli, indi siçovullar maşın da sürürlər. 


“Sherg.az” “sciencesetavenir.fr”ə istinadən xəbər verir ki, bu barədə Amerika jurnalı “New Scientist Richmond” da “Richmond” Universitetinin neyrobioloqlarının siçovullar üzərində apardığı təcrübəyə dair maraqlı məqalə dərc olunub. Yazıda qeyd olunur ki, bu gəmiricilər əvvəllər düşünüldüyündən daha çevik və bacarıqlıdırlar. 

Doktor Keli Lambertin başçılıq etdiyi tədqiqatçılar qrupu elektrik dövrəsi ilə təchiz edilmiş təkərlərdə şəffaf plastik qutudan hazırlanmış kiçik bir avtomobil hazırlayıb. Həmçin “maşın”ı sürətləndirmək" üçün siçovul sürüşməli və ayaqları ilə ayrı-ayrı istiqamətlərə (sola, sağa və düzünə) uyğun üç kiçik mis çubuqla fərdi şəkildə işləməli idi. Siçovul isə həmin işi tam bacarıb. 

K.Lambert onu da əlavə edib ki, siçovulların əksəriyyəti düşündüyümüzdən daha ağıllıdırlar:
“Ümumən, heyvanlar düşündüyümüzdən daha qabiliyyətlidirlər”.