120 ölkə bizi dəstəkləyir: Bu, Azərbaycan üçün olduqca böyük uğurdur

“Qoşulmama Hərəkatının qəbul etdiyi əsas sənədlərdən bizim üçün ən önəmlisi Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə çağırışı əks elətdirən sənəddir”. 

Bunu Sherg.az-a açıqlamasında siyasi ekspert Azər Həsrət deyib. 

Analitik bildirib ki, dünyanın 55 faizinin əhalisini təmsil edən, BMT üzvü olan 193 ölkədən 120-si birmənalı olaraq bizimlə eyni mövqedədir: 

“120 ölkə bizi dəstəkləyir. Bu, Azərbaycan üçün olduqca böyük uğurdur. Baxmayaraq ki, hər şeyi qara rəngdə görənlər bu Zirvə Görüşünü də özləri kimi qaraya boyamağa çalışırdılar, ancaq nəticə bizim üçün çox uğurlu oldu. Təbii ki, bu uğur da Prezident İlham Əliyevin balansına yazıldı. Elə qara-qura düşünənləri də narahat edən budur”.