Mərkəz sədri: "Prezident hər fürsətdə ictimaiyyətlə birbaşa ünsiyyətə üstünlük verir"

“Azərbaycan dövlətinin güc mənbəyi xalqdır, xalqın dəstəyidir, iqtidar xalq birliyidir”. Bunu Sherg.az-a açıqlamasında “Resurs” Analitik İnformasiya Mərkəzinin sədri, siyasi ekspert Rasim Quliyev deyib. 

Mərkəz rəhbəri bildirib ki, bu, bizim dövlətdə hüquqi konstitutsion quruluş baxımından da, yəni de-yure və de-fokto da belədir: 

“Məsələ burasındadır ki, Cənab Prezident bütün liderlərə xas olmayan nadir xüsusiyyətə malikdir ki, xalqla, insanlarla birbaşa səmimi ünsiyyət qurmağı çox yaxşı bacarır. Və xalq Cənab Prezidenti həmişə özününkü hiss edir. Çünki, insanların düşüncəsini, fikrini, ehtiyaclarını yaxşı bilir və ifadə etməyi bacarır. İqtidarın da inamlı siyasət yürütməsi, uğurları və zəfərləri xalqın dəstəyi və birliyi ilə mümkündür. Həm daxili, sosial, iqtisadi, həm də xarici siyasətdə inamlı və qətiyyətlə irəliləmək üçün iqtidar yalnız xalqın gücünə və iqtidar xalq birliyinə arxalanır. Müstəqil milli dövlətimizin qurucusu Ulu Öndər Heydər Əliyev də daim xalqın içində, zəhmətkeşlərin yanında olub. Ulu Öndərin siyasətini uğurla inkişaf etdirən Cənab Prezident demək olar ki, hər fürsətdə ictimaiyyətlə birbaşa ünsiyyətə üstünlük verir. Dönə-dönə eyni yerləri ziyarət edir, yoxlayır, dəyişiklikləri və prosesləri birbaşa nəzarətdə saxlayır. Sözsüz ki, Prezident xalqa xidmət göstərməklə bu xidmətdən və bu münasibətdən zövq və enerji alır”. 

R.Quliyevin sözlərinə görə, xalqın dəstəyi və birliyi İlham Əliyevə ruh yüksəkliyi və güc verir: 

“Bütün nailiyyətlərin əsası buradan başlayır. Böyük ingilis siyasətçisi və dövlət xadimi Uinston Çörçill demişdir: "Dövlət xadiminin siyasi xadimdən fərqi odur ki, siyasətçi gələcək seçkiləri, dövlət xadimi isə gələcək nəsilləri düşünərək fəaliyyət göstərir”.