Ana balalarını öldürdü - İki körpənin dramı


Fransada Kavayonun Voklüz vilayətində ana iki övladını öldürüb. 
“Sherg.az” “Lefigaro.fr”ə istinadən xəbər verir ki, bu dram valideynləri ayrılması üzündən baş verib. 

4 yaşlı oğlan və 7 yaşlı qız uşağı ötən gün axşam saatlarında xəstəxanaya yerləşdirilsələr də, onları həyata qaytarmaq mümkün olmayıb. Bu barədə Fransa polisi məlumat verib.
Polisin xəbərinə görə, uşaqların atası həyəcan təbili çalıb.

O qeyd edib ki, Fransa saatı ilə 22:15- də iki övladını cansız vəziyyətdə tapıb. 6 ay öncə həyat yoldaşından ayrılan kişi evə dönərək uşaqlarına baş çəkməyə gəlib.Gördüyü mənzərə onu şoka salıb. Kişi dərhal polisə məlumat verib. Ana bu davranışının səbəblərinə dair bir məktub da yazıb.

O, hadisənin səbəblərini ayrıldıqdan sonra olduqca çətin vəziyyətdə yaşamaları ilə izah etməyə çalışıb.