Oğuz Təhsil Şöbəsi: "Şagiridin səhhətində heç bir problem yoxdur" (YENİLƏNİB)

Oğuz rayon Təhsil Şöbəsinin müdiri Anar Məcidov Sherg.az-a açıqlamasında bildirib ki, şagirdin səhhətində heç bir problem yoxdur: 

"Şagird müayinədən keçib, ciddi xəsarəti olmadığı üzə çıxdı. Artıq Elnarə Şəfiyeva evlərindədir. O sabahdan etibarən dərslərinə davam edəcək".

14:51

Oğuzda şagird dərs zamanı xəsarət alıb. 

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhər 3 saylı məktəbdə qeydə alınıb.

VI sinif şagirdi Elnarə Şəfiyeva idman dərsində qaçarkən ehtiyatsızlıqdan futbol qapısının dəmir dirəyinə çırpılıb. 

Ağır xəsarət alan qız xəstəxanaya çatdırılıb.

Onun baş nahiyəsindən xəsarət aldığı bildirilir.