Osman Gündüz: "Azərbaycanın Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi ciddi hadisə olacaq"

“2022-ci ildə Azərbaycan Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək. Düşünürəm ki ciddi hadisə olacaq”.

Bunu Sherg.az-a açıqlamasında “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gunduz deyib. 

Ekspert bildirib ki, son zamanlar dünyada kosmik resursların bölüşdürülməsinə diqqət kəskin artıb: 

“Elon Musk və Ceff Bezons kimi nəhənglər də bu sahəyə milyardlarla yatırımlar edirlər. Əvvəllər Beynəlxalq Astronavtika Federasiyasına kosmik ölkələr və elmi-tədqiqat yönümlü qurumlar qəbul edilirdisə, indi burada kosmik biznesin çəkisi artmaqdadır. Artıq adı çəkilən şəxslər də bu konqresin işində aktiv iştirak etməyə başlayıblar. Düşünürəm ki, həm Federasiyaya üzvlük, eləcə də Konqres birgə əməkdaşlıq üçün, təcrübə mübadiləsi üçün, yeni birgə kosmik layihələr üçün çox faydalı platforma olacaq. Artıq bizdən 3 qurum, “Azərkosmos”, Şamaxı Rəsədxanası və Milli Aerokosmik Agentliyimiz Federasiyanın üzvüdür. Beləliklə 2 ildən sonra ölkəmizə 70-dək ölkədən dünyanın 5-6 min nəfərlik kosmos ailəsinin üzvləri gələcək. Gözləmək olar ki SpaceX şirkətinin CEO-u Elon Musk və “Amazon” şirkətinin təsisçisi və CEO-su, "Blue Origin"-in rəhbəri, dünyanın ən zəngin insanı Ceff Bezos da Bakda keçiriləcək Astronavtika Konqresinə qatılsın”.