Ölkəmizdə kosmik elmin inkişafı yüksək dərəcədədir - RƏY

“Bakının Beynəlxalq Astronavtika Konqresi kimi möhtəşəm tədbirə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq arenadakı nüfuzunu daha da artırıcaq”. 

Bunu Sherg.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Kənan Paşayev deyib. 

Analitik bildirib ki, Azərbaycan dünyadakı yeganə dövlətdir ki, 28 illik müstəqillik dövründə çoxsaylı uğurlara imza atıb: 

“Cənab Prezident “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədrini qəbul edərkən Azərbaycanın 3 peykə sahib olduğunu vurğulayıb. Bu, kifayət qədər böyük uğur və misilsiz nailiyyətdir. Ölkəmizdə kosmik elmin inkişafı yüksək dərəcədədir. Bu cür önəmli tədbirin ölkəmizə həvalə edilməsi də bunun göstəricisidir. Tədbirin Bakıda keçirilməsi texnologiya ilə məşğul olan dünya alimlərinin ölkəmizə marağını artıracaq. Bu da özlüyündə Azərbaycanda kosmik elmin inkişafına təkan verəcək”.