Rəşad Məcid Samir Nuriyev haqqında: "Savadlı, kreativ, yeni düşüncəyə malik kadrdır"

"Samir Nuriyevi 2006-cı ildən tanıyıram. Eyni heyətin tərkibində Cənubi Koreyada səfərdə olmuşduq. Onda İqtisadi İnkişaf Nazirliyində çalışırdı".

Sherg.az-ın xəbərinə görə, bu sözləri "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, Prezident Adminstrasiyasının yeni rəhbəri Samir Nuriyev haqqında danışarkən deyib. 

R.Məcidin məlumatına görə, Adminstrasiya rəhbəri atasını erkən yaşlarında itirib:

"Elmi işçi olan anasının fədakarlığı sayəsində yaxşı təhsil alıb. Karyera pillələrində özünün qabiliyyət, intellekt, işgüzarlıq kimi üstün və önəmli keyfiyyətləri hesabına yüksəlib. Savadlı, kreativ, yeni düşüncəyə malik kadrdır. Cənab Prezidentin obyektiv, ədalətli və dəqiq seçimidir. Dövlətin gücü, ədaləti həm də sadə bir ailədən çıxmış bacarıqlı gəncin siyasət olimpinə yüksələ bilməsi imkanı ilə ölçülür. Dövlətimiz üçün uğurlu təyinat olacağına inanırıq!..".