Paşinyan Feysbukda Qarabağdan danışdı: "İtkilər veririk"

Ermənistan ilə Azərbaycan arasında olan münasibətlər daim təhlükə mənbəyidir. Baxmayaraq ki, son il yarımda təmas xəttində gərginlik nisbətən azalıb.

Axar.az xəbər verir ki, bu fikri Ermənistanın Baş naziri Nikol Paşinyan Feysbuk səhifəsində canlı yayımda çıxışı zamanı deyib.

O qeyd edib ki, erməni tərəfi Qarabağda bu gün itkilər verir.

“Gərginlik son bir il yarımda azalsa da, var və davam edir. Biz Qarabağ məsələsinin çözümünü tapmamışıq. Konkret bir qərarımız da yoxdur. Bir plan olan kimi bunu xalq qarşısında müzakirə edəcəyik. Lazım gəlsə, referendum da keçirilə bilər”, - deyə Paşinyan qeyd edib.