Həmsədrlərin ikiüzlülüyü: Hər üç ölkə Qarabağ separatçıları ilə əməkdaşlıq edir - AKTUAL

“ATƏT-in Minsk qrupunun həmsədrlərinin bir müddət bundan əvvəl regiona səfərində heç bir dəyişiklik olmadı”.  Bunu Sherg.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

Ekspert bildirib ki, həmsədrlərin bir qayda olaraq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində real addımları, yalnız separtaçı qondarma rejimi legitimləşdirmək olub: 

“Son iki aya diqqət etsək görərik ki, üç həmsədr dövlət danışıqlarda manipulyasiya edir və danışıqlar prosesində görüntü yaradır. Məqsəd Qarabağı gələcək perspektivdə Azərbaycandan ayırmaq üçün əsaslar yaratmaqdır. Təbii ki, burada erməni lobbisinin fəaliyyəti və üç dövlətin xristian təssübşekliyindən qaynaqlanır.  Fikir versek, son bir ay ərzində üç həmsədr dövlət parlament səviyyəsində separtçılarla əməkdaşlıq edib. Fransanın bir qrup parlamenarilərinin Xankəndinə səfəri, analoji olaraq separatçıların Fransaya "işgüzar" səfərləri, Rusiya Dumasının deputatlarının işğal olunmuş ərazilərə səfəri, ABŞ konqresmenlərinin Xankəndinə gəlişi, “Artsax”ın “müstəqilliyinin” qeyd edilməsi təxribatçı addımlardır. Göründüyü kimi rəsmi Bakının etirazlarına rəğmən, üç ölkə parlament səviyyəsində separtizmə, ərazilərin dəyişdirilməsinə, işğala dəsək verir. BMT-nin qətnamələrinə, qəbul edilmiş Helsinki Yekun Aktının qərarlarına vasitəçi ölkələr əhəmiyyət vermirlərsə, nədən biz bu üç ölkənin vasitəçiliyilə danışıqları aparmalıyıq?”.



Politoloq: "Minsk Qrupu addımları ilə işğala dəstək verir"


Analitik bildirib ki, həmsədrlər hazırda masada olan “Yenilənmiş Madrid prinsipləri"nin ziddinə fəaliyyət göstərirlər: 

“Dekabrda xarici işlər nazirlərinin növbəti görüşü keçiriləcək. Təbii ki, bu görüş də protokol xarakterlidir. Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan danışıqların dalana dirənmədiyini, davam etdiyini qeyd edir, həmçinin liderlərin mümkün görüşünü vurğulayır. Ardınca isə Paşinyan Feysbukda qeyd edir ki, münaqişənin həllində heç bir proqram yoxdur və danışıqlar prosesində irəlləyişə nail olunmayıb. Göründüyü kimi Ermənistanın mövqeyində ziddiyyətlərə baxmayaraq, cəbhədə nisbi sakitlik müəyyən razılaşmadan irəli gəlir. Yoxsa, rəsmi Bakı Ermənistana ciddi itkilər yaşadardı. Bununla yanaşı Paşinyan cəbhədə nisbi sabitliyi vurğulmaqla öyünür. Həm də gərginliyin, itkilərin qaçılmaz olduğunu ictimaiyyətə çatdırır”. 

M.Əsədullazadənin fikrincə, Azərbaycan və Ermənistan rəhbərliyinin növbəti görüşü gələn il aprelə kimi baş tuta bilər:

“Əgər, proseslər bu ssenariyə uyğun olmasa, Azərbaycan tərəfi hərbi təzyiqlərə başlaya bilər. Hərbi təzyiqlər intensivləşməsə, gələn il Ermənistandan Qarabağa təyyarə reysi açılacaq və ilk sərnişin Paşinyan olacaq. Odur ki, işğalçı ölkənin rəhbərliyinin avantürasının qarşısını almaq üçün indidən preventiv addımlar atmaq lazımdır. Çünki, hazırkı məqamda Qarabağ münaqişəsinin siyasi həll variantı yoxdur. Ermənistanın siyasi iradəsi kənardan idarə olunur”.