Əli İnsanov - Əli Kərimli "izdivac"ından nə törəyəcək? - AKTUAL

“Müxalifət partiyalarının noyabrın 5-də Müsavat qərargahında keçirdikləri toplantı başladığı andan qeyri-səmimilik özünü göstərdi”. 

Bunu Sherg.az-a açıqlamasında Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib. 

MŞ sədrinin müavini bildirib ki, Arif Hacılı tədbirdə "dəyirmi masa" iştirakçılarının əlifba sırasına uyğun olaraq çıxış edəcəklərini bildirib: 



"Tədbirdən öncə ən ciddi müzakirələrdən biri “kimin harada, hansı stolda” oturacağı üzərində olub"


“Əlifba sırası” ifadəsi təsadüfən ortaya çıxmayıb. Deyirlər ki, tədbirdən öncə ən ciddi müzakirələrdən biri “kimin harada, hansı stolda” oturacağı üzərində olub. Kimsənin başda oturması yönündə kompromisə gələ bilməyiblər və yekunda dairəvi stol ətrafına toplaşmağa qərar veriblər ki, heç kim başda oturmasın. Onlar bu cür təfəkkürlə nə əldə edəcəklər və ya cəmiyyətə nə fayda verəcəklər? Əslində, kimsəni "ağsaqqal" seçə bilməmələrində bir haqq var. Çünki, bu şəkildə görünənlərin hər biri haqqında ən ağır, nalayiq ifadələri elə özləri səsləndiriblər. İndi kimə və hansı üzlə “biət etsinlər”? Aralarında sözünü eşidəcəkləri, kritik anlarda “ağsaqqal” sayacaqları kimsə qalmayıb. Bu qüvvələr özləri-özlərini hörmətsiz ediblər”.