Ağsuda qəza: "Shacman"ın təkəri çıxdı, sürücü xəstəxanalıq oldu - FOTOLAR

Ağsuda yol-nəqliyyat hadisəsi baş verib. 

Oxu.Az-ın bölgə mübiri xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun Ərəbmehdibəy kəndindən keçən hissəsində qeydə alınıb.

Hacıqabul rayon sakini, 1971-ci il təvəllüdlü Pirizadə Vasif Piriverdi oğlu “Shacman” markalı yük maşını ilə hərəkətdə olarkən qəfildən avtomobilin təkəri yerindən çıxıb. Nəticədə yük maşını aşıb. 

Müxtəlif bədən xəsarətləri alan V.Pirizadə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının travmatalogiya şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.