Əhəmiyyətsiz "dəyirmi masa" - Ənənəvi müxalifət siyasi şantajla məşğuldur

“Müsavat Partiyasının "dəyərmi masa"sına eks-nazir Əli İnsanovun dəvət edilməsi göstərdi ki, ənənəvi müxaliflər yenidən öz oyunlarını oynamaqla siyasi şantajla məşğuldurlar”. Bu fikirləri Sherg.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert vurğulayıb ki, bəzi müxalif qüvvələr yenidən öz oyunlarını oynamaqla siyasi şantajla məşğuldur: 

“Ölkəmizdə yeni siyasi dinamikanın formalaşması, yaxınlaşan seçkilər öncəsi ənənəvi müxalifətin uğursuz taktikası təəssüf ki, siyasi cameəyə ciddi mənfi təsir edir. Siyasi partiya rəhbərlərinin fəaliyyəti heç də həqiqi müxalifətçilik deyil, öz şəxsi planlarını həyata keçirməkdir. Əli İnsanovdan ikinci İbrahimbəyov obrazı yaratmaq planı da fiaskoya uğrayacaq.



Politoloq: "Əli İnsanovdan ikinci İbrahimbəyov obrazı yaratmaq planı da fiaskoya uğrayacaq"


Bu gün Azərbaycan cəmiyyəti Əli İnsanovu "iqnor" edib. Müsavat və digər partiya sədrləri isə, Əli İnsanovu özlərinin lideri seçir. Belə bir biabırçı siyasi gedişi elə bu ənənəvi siyasilərdən gözləmək olar.

Əli İnsanov bu xalqa yad biridir. Onun davası vaxtı ilə mənsub olduğu düşərgə ilə şəxsi davadır. Ənənəvi müxalifət partiyaları da ondan "lider" obrazı yaradırlar. Sabah Rüstəm İbrahimbəyov kimi Əli İnsanovda bunları tərk edəcək”.