Mnatsakanyandan növbəti riyakarlıq: "Ermənilər hələ də o şoku unutmayıblar"

“Ermənistan Xarici İşlər Naziri Zöhrab Mnatsakanyanın İsveçdəki hərəkətləri o qədər də heyrətləndirici deyil”. 

Bunu Sherg.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Kənan Paşayev deyib. 

Analitik bildirib ki, Mnatsakanyanın addımları uzun illərdir davam edən erməni siyasətinin göstəricisidir: 

“Erməni nazirin Ramil Səfərovun adını uzun illər keçməsinə baxmayaraq, yenidən çəkməsi, bu, olayın şokunun ermənilər üzərindəki təsirinin hələ də qaldığını göstərir.

Əslində ermənilər özlərini dünyada “sülh carçısı”, “sülhpərvər” dövlət kimi göstərərək beynəlxalq dəstəyə nail olmağa çalışırlar. Bu da Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun düşmən üzərində yaratdığı narahatlıqdan irəli gəlir”.