Əfqan ordusu Taliban komandirini məhv etdi


Əfqanıstanın Hərbi Hava Qüvvələri terrorçuların mövqelərinə aviazərbələr endirərək Loqar əyalətində hakimləri öldürən Taliban komandirini zərərsizləşdiriblər.
"Sherg.az" virtualaz.org-a istinadən bildirir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, əməliyyat zamanı Vaisuddin adlı Taliban komandiri ilə birlikdə daha 3 terrorçu öldürülüb.