“Barselona” açıqladı – 5 həftə oynamayacaq


“Selta” ilə dünən La Liqanın 13-cü turunun matçında zədələnən “Barselona”nın müdafiəçisi Nelson Samedunun durumu müəyyənləşib.

Qol.az xəbər verir ki, klubun saytının məlumatına görə, təcrübəli futbolçu 5 həftə yaşıl meydandan uzaqda qalacaq.

Xatırladaq ki, Samedu 23-cü dəqiqədə zədəsi səbəbindən Sergio Busketslə əvəzlənmək məcburiyyətində qalıb.