Bakıda çənləri yığışdırılan sakinlər əziyyət çəkirlər


Bakının Xətai rayonunda binalardan su çənləri yığışdırılıb. Həmin çənlər vasitəsi ilə su təminatları olan sakinlər indi su sarıdan əziyyət çəkirlər.
Sakinlərin problemi su çənləri yığışdırılandan sonra başlayıb. Su gündüzlər fasilə ilə verilir, gecələr isə demək olar ki, tam kəsilir.
Söhbət Xətai rayonu, İnqilab İsmayılov küçəsi 56 və 58 ünvanlarından gedır. Sakinlərin sözlərinə görə, bir neçə gün əvvəl bütün binanın su çənləri yığışdırılıb. Üstəlik, sakinlərə fasiləsiz su təminatı ilə bağlı ciddi söz də verilib. Lakin verilən söz tutulmayıb. Çən vasitəsi ilə su ehtiyaclarını təmin edən sakinlər, indi suya möhtacdır.
Məsələ ilə bağlı "Azərsu" ASC-dən bildirildi ki, çənlərin yığışdırılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yanlışlığa yol verilib. Çünkü çənlər fasiləsiz su rejmi yaradılan ərazilərdən yığışdırıla bilər. Qurumun mütəxəssisləri tərəfindən həmin əraziyə baxış keçiriləcək. Çənlərin geri qaytarılması üçün lazımi tədbirlər görüləcək.