6 saatdan az və 9 saatdan çox yatanlara XƏBƏRDARLIQ:«Yuxu sərxoşluğu »na tutula bilərsiniz

 
 Dünyada tanınmayan  xəstəlik olan yuxu sərxoşluğu 6 saatdan az və 9 saatdan çox yatan insanlarda yaranır. 
«Sherg.az» «sciencesetavenir.fr»ə istinadən xəbər verir ki,yuxu sərxoşluğu zaman səhər yuxudan oyanmaq müşkül bir məsələyə çevrilir və çox böyük çətinliklə xarakterizə olunur. Alimlər qeyd edirlər ki, sərxoşluq yalnız içki ilə bağlı olmur. Yuxusuzluq və ya çox yatmaq da bəzən insanları sərxoş vəziyyətə sala bilir. 

Eyni zamanda bildirirlər ki, yuxu sərxoşluğu içkinin yaratdığı sərxoşluqdan daha kəskindir. Bu sərxoşluq insanda aqressiya yaradır və yaddaşsızlıqla müşayiət olunur. 

Fransanın «Neurology» qəzetinin yazdığına görə, yuxu sərxoşluğu narkolepsi və idiopatik hipersomniyanın bir təzahürüdür. 
ABŞ «Stanford» Univeristetinin alimi Moris Ohayon qeyd edib ki, bu xəstəlyin nəticəsi spirtli içkinin yaratdığı sərxoşluqdan daha ciddidir. Sadəcə, insanlar buna ciddi yanaşmırlar. Yuxu sərxoşlarının yaralanmas riski olduqca böyükdü, onlar çox zaman özlərində olmurlar. Yaddaşsızlıq problemləri onları çətinə salır. 
Bu xəstəliyin daha yaxşı öyrənilməsi üçün alimlər 19 min 136 nəfər arasında araşdırma aparıblar. Müəyyən ediblər ki, bu cür şəxslərə zehni sağlamlıqlarına  dair diaqnoz qoyulmalı və onlar ciddi müalicələr götürməlidirlər.