İsrail ərazisi raketlərdən atəşə tutulub - VİDEO

Xəbər verdiyimiz kimi, İsrail ordusu Qəzza zolağında Fələstinin “İslamçı cihad” qruplaşmasının lideri Baxaa Əbu əl-Atanın olduğu evi məhv edib, nəticədə, qrup liderlərindən biri ölüb.

Bundan sonra qruplaşma üzvləri İsrail ərazisini raketlərlə atəşə tutublar.

Ölkənin cənub və mərkəzi rayonları atəşə məruz qalıb.

Raketlərdən biri yaşayış məskəninin yaxınlığında magistral yola düşüb.

Bu görüntülər İsrail vətəndaşları tərəfindən videoya çəkilib və internetdə yayılıb.