Ərdoğan:«ABŞ öhdəliyinə tam əməl etmir»

ABŞ terrorçuların Suriyadan çıxarılmasına dair öhdəliyinə tam əməl etmir.
«Sherg.az» xəbər verir ki, bu barədə Amerikaya səfərə gedən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ankara hava limanında jurnalistlərə verdiyi açıqlamasında bildirib:

"Trampla görüş zamanı Suriya məsələləri ilə bağlı əldə olunan razılaşmaya əməl etmədiklərini diqqətə çatdıracam. İndiyə qədər «terrorçu qruplar regiondan çıxarılıb» fikrini söyləmək mümkün olmayıb».

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan amerikalı həmkarı Donald Trampla görüçəcək. Görüş noyabrın 13-də Vaşinqtonda baş tutacaq. Ötən həftə telefonla danışan liderlər noyabrın 13-də görüşəcəklərini qərarlaşdırıblar. 

Görüş zamanı Suriyadakı vəziyyət və ABŞ Konqresi Nümayəndələr Palatasının qondarma erməni soyqırımı ilə bağlı qəbul etdiyi qanun layihəsi məsələsi ətrafında müzakirələr aparılacaq.  Bu barədə Donald Tramp da öz Tvitter hesabında yazıb: 

« Cənab Ərdoğanla telefonda çox yaxşı danışığımız oldu. Türkiyə Suriya sərhədlərində baş verənlərə toxunduq. Bölgədə terrorizmin ləğvi, kürdlər və bir çox digər mövzularda düşmənçilik məsələlərinə son qoyulası barədə müzakirə apardıq ».