Kərim Benzema bu halını paylaşdı


 "Real Madrid" klubunun fransız ulduzu Kərim Benzema alternativ tibbdə geniş şəkildə istifadə edilən  müalicə üsuluna əl atıb.

31 yaşlı qolçu  ictimai media hesabından  kürəyinə banka qoyularkən çəkdirdiyi fotonu paylaşaraq altına səhhətinin yaxşılaşması ilə bağlı qeydlər yazıb.

Kürəyə banka qoymaq  müalicəsi xalq təbabətində geniş yayılıb.  Mütəxəssislər, bu üsuldan istifadə edərkən xüsusilə gigiyenik qaydalara əməl edilməsinin vacib olduğunu vurğulayırlar.

Turan