Deputat: "Konstitusiyamız gələcəkdə də müstəqilliyimizin möhkəmlənməsinə xidmət edəcək"

“Konstitusiyamızın 1-ci maddəsində “Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi xalqdır” qeyd olunub”.

Bunu Sherg.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib.  Deputat bildirib ki, Konstitusiyamızın qəbulunun 24 ili tamam oldu: 

“Konstitusiyamız dövlət quruculuğunda böyük təcrübəsi olan Ulu Öndər Heydər Əliyevin müəllifliyi ilə hazırlanaraq 1985-ci ildə qəbul olunub. Çoxlu maddələrdə isə insanların hüquq və azadlıqlarının təmin olunması dayanır. Məhz konstitusiyamız rəhbər tutularaq, Azərbaycan bu 24 ildə böyük inkişaf yolunu qət edərək müasir demokratik ölkəyə çevrilib. Konstitusiya ana qanunumuzdur və qəbul olunan bütün qanunlar Konstitusiyanın tələblərinə uyğunlaşdırılır. Konstitusiyamızda bu illər ərzində ölkəmizin inkişafına və müasir dövrün çağırışlarına uyğun referendumla üç dəfə dəyişikliklər və əlavələr edilərək təkmilləşdirilib. Konstitusiyada ölkəmizdə seçki sistemi təsbit olunub, xalqın iradəsinə uyğun Milli Məclisə, prezidentliyə və bələdiyyələrə demokrtaik seçkilərin keçirilməsinə təminatı qeyd olunub. Ümumilikdə götürüldükdə Konstitusiyamız gələcək dövrdə də ölkəmizin inkişafına, müstəqilliyimizin möhkəmlənməsinə xidmət edəcək”.