Deputat: "İnsanlar cehiz aparmaq üçün kilometlərlə piyada yol getməli olurlar"

Milli Məclisdə gələn ilin Dövlət Büdcəsinin müzakirələri davam edir. Millət vəkilləri hökumət üzvlərinə təkliflərini səsləndirirlər. 

Sherg.az-ın xəbərinə görə, Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli müzakirə zamanı deyib ki, 2020-ci ilin büdcəsi ümumdünya inkişaf tempinə yaxındır:

"Bütün bunlar ölkə başçısı, Prezident İlham Əliyevin iradəsi sayəsində mümkün olub. Mən baxdım sənədlərə, 2019-cu ilə qədər dövlət büdcəsində hərbi xərclərə ayrılan vəsait azalıb. Nə üçün bizim hərbi büdcəmiz 2019-cu ilə qədər azalıb. Bəlkə biz Dağlıq Qarabağ müharibəsini udmuşuq? Büdcədə sosial məsələyə daha çox yer ayrılır. Bu təbii ki, lazımdır. Amma müdafiə məsələlərində diqqətli olmalıyıq".

Kərimli deputat olduğu dairənin ərazisinə düşən Ağsu-Şamaxı aşırımına vəsaitin ayrılmasını da istəyib:

"10 illərdir ki, Ağsuya avtobus girib-çıxmır. İnsanlar cehiz aparmaq üçün kilometlərlə piyada yol getməli olurlar. Xahiş edirəm bu məsələnin həll olunması üçün büdcədən vəsait ayrılsın".