Avropa çempionumuz: "Barmağımın sındığını döyüş bitdikdən sonra bildim"

Para taekvondo üzrə ikiqat dünya və dördqat Avropa çempionu Aynur Məmmədova döyüşlərinin heç də asan keçmədiyini vurğulayıb.  

Oxu.Az xəbər verir ki, İtaliyada keçirilmiş son Avropa çempionatının qalibi barmağının sındığını bildirib: 

”Döyüş zamanı ayaq barmağımdan zədə aldım amma sındığını qələbədən sonra, yəni döyüş bitdikdən sonra bildim. Medalı necə olursa olsun, qazanmalı idim. Və sona qədər mübarizə aparıb, qalib olaraq qızıl medalı növbəti dəfə vətənə gətirdim. Bütün əziyyəti olanlara və xüsusi ilə baş məşqçimiz Fərid müəllimə təşəkkür edirəm”.