Peskov: "Türkiyə ilə terrorçular barədə danışıqlar aparırıq"

İŞİD terrorçuları ilə bağlı Türkiyə ilə danışıqlar aparılır.

Axar.az xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov bildirib.

Peskov deyib ki, Rusiya və Türkiyə Suriyada saxlanılan terrorçuların ölkələrinə geri göndərilməsini müzakirə edir.

Qeyd edək ki, Türkiyənin Suriyada apardığı əməliyyat çərçivəsində 959 İŞİD terrorçusu yaxalanıb. Onlardan 99-u Rusiya vətəndaşıdır.