Üç gün əvvəl işə getmək adı ilə evdən çıxdı, geri qayıtmadı

Gəncədə məcburi köçkün itkin düşüb.

Oxu.Az xəbər verir ki, hadisə 2705 dairəsi adlanan ərazidə qeydə alınıb.

Kəlbəcər rayonunda qeydiyyatda olan, Goranboy rayonunda yaşayan, 1987-ci il təvəllüdlü Cəfərov Nazim Elman oğlu noyabrın 11-də Gəncə şəhərində yerləşən iş yerinə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.

Bununla bağlı polisə onun qaynı İlkin Qurbanov müraciət edib.

Faktla bağlı araşdırma aparılır.