Gəncədə "Mazda" aşdı: Ölən və yaralananlar var

Gəncə şəhərində ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə şəhərin mərkəzində, Aeroport istiqamətində gedən yolda qeydə alınıb.

Aeroport istiqamətində hərəkətdə olan “Mazda” markalı minik maşını idarəetməni itirərək aşıb. Sürücü hadisə yerində dünyasını dəyişib. Avromobildə olan 3 sərnişin isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.