NATO “gözlərini” süni intellektlə əvəz edir

NATO AVAKS erkən radiolokasiya aşkarlanması təyyarələrini daha müasir texnika ilə əvəz etmək istəyir.

Axar.az xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq danışıb.

Məlumata görə, AVAKS-ları əvəz edəcək texnika ən müasir texnologiyalarla, o cümlədən avtonom sistemlər və süni intellektlə təchiz olunacaq. Əvəzetmə prosesinin 2035-ci ildə aparılması nəzərdə tutulur.

“NATO-nun AVAKS təyyarələri donanması bizim səmadakı gözlərimiz idi”, - Stoltenberq bildirib.