Serbiya Prezidenti xəstəxanaya yerləşdirildi

Serbiya Prezidenti Aleksandr Vuçiç xəstəxanaya yerləşdirilib. 

Prezident administrasiyasının ictimayətə ünvanladığı məlumatda qeyd olunur ki, Prezident Aleksandr Vuçiç 15 noyabr gecə saatlarında Hərbi Tibb Akademiyasına ürək-damar sistemində yaranan problemlə əlaqədar müraciət edib. 

Aleksandr Vuçiçin 49 yaşı var. Karyerasına 1993-cü ildə başlayan siyasətçi 2012-ci ildən Serbiya hökumətində Müdafiə naziri, Baş nazirin müavini, sonda isə Baş nazir olub.