İranda benzinin bahalaşmasına etiraz: İnsanlar küçələrə çıxdı

İranda benzinin qiyməti artandan sonra bir sıra şəhərlərdə etiraz aksiyaları keçirilib.

"Haber7" xəbər verir ki, İranın Əhvaz, Xorrəmşəhr, Bircan, Məşhəd, Geçsaran, Sircan, Bəndər Abbas, İsfahan və Şiraz şəhərlərində küçələrə çıxan insanlar benzinin bahalaşmasına etiraz ediblər.

Sircan şəhərində yanacaqdoldurma məntəqəsi yandırılandan sonra bəzi şəhərlərdə, xüsusən də Tehranda təhlükəsizlik qüvvələri yanacaqdoldurma məntəqələri qarşısında tədbirlər görüblər.

Məşhəd şəhərində təhlükəsizlik qüvvələri aksiyalara müdaxilə edərək nümayişçiləri dağıdıb.

İran Prezidenti Həsən Ruhani 4 ildir benzinin qiymətinin qaldırılmadığını, bu artımın insanların maraqlarına uyğun və aztəminatlı ailələrə dəstək məqsədilə edildiyini açıqlayıb.

İqtisadi böhrana baxmayaraq, Ruhani, bu addımla hökumətin gəlir əldə etmək məqsədi daşımadığını və bütün gəlirlərin 60 milyon insana paylanacağını vurğulayıb.

Qeyd edək ki, İranda hər nəqliyyat vasitəsinə ayda 60 litr benzin dövlət tərəfindən pulsuz verilir. Ay içərisində 60 litrdən çox benzin alınan zaman isə hər litr üçün qiymət 44 qəpiyə qaldırılıb.