Etiraz meydanında partlayış: 4 ölü, 20 yaralı var

İraqın paytaxtı Bağdad şəhərində partlayış baş verib.

Axar.az xəbər verir ki, partlayış nəticəsində 4 nəfər həlak olub, 20 nəfər yaralanıb.

Məlumata görə, partlayış hökumət əleyhinə etirazçıların toplaşdığı Təhrir meydanında baş verib. Partlayıcı qurğu meydanın yaxınlığında dayanacaqda saxlanılan avtomobildə yerləşdirilib.