Daha bir təyyarə qəzaya uğradı - Pilot həlak oldu

  • Tək mühərrikli idman təyyarəsi Çexiyanın Litomerjitse şəhəri yaxınlığında qəzaya uğrayıb.
"Sherg.az"Trend-ə istinadən bildirir ki, bu barədə ölkə polisinin nümayəndəsi Alyona Bartoşova deyib.

Bildirilir ki, hadisə nəticəsində pilot həlak olub:

"Tək mühərrikli təyyarə Elba çayına çırpılaraq düşüb. Pilot həlak olub. Faciə Litomerjitse şəhəri yaxınlığındakı Kreşitse yaşayış məntəqəsi yaxınlığında baş verib".
İdman təyyarəsinin qəzaya uğramasının səbəbləri hələ müəyyənləşdirilməyib.