Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında yanğın olub - YENİLƏNİB 



Fövqəladə Hallar Nazirliyi (FHN) bu gün Mingəçevir şəhərində Şəhər Mərkəzi Xəstəxanasında baş verən yanğınla bağlı məlumat yayıb.

APA-nın FHN-nin saytına istinadən verdiyi məlumata görə, Mingəçevir şəhərində Şəhər Mərkəzi Xəstəxanasının yerləşdiyi beşmərtəbəli binanın birinci mərtəbəsində sahəsi 2 m² olan sanitar qovşağın lambirindən ibarət tavanı 1 m² sahədə yanıb.

Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

saat 14.39

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında yanğın olub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, bu gün xəstəxananın əsas korpuslarından birindəki ayaqyolu bölməsində elektrik xəttində baş verən qısaqapanma məhdud miqyaslı tüstülənmə və yanğına səbəb olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin iki yanğınsöndürmə briqadası cəlb olunub. Yanğının qarşısı alınıb və təhlükə lokallaşdırılıb.

Hadisə zamanı zərərçəkən olmayıb. 

1 / 2