120-yə yaxın  gənc təlimlərə qatılıb

“Region gənclərinin dövlət qulluğuna təşviqi” adlı layihə çərçivəsində təlimlərə start veriib
 

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və Dövlət İmtahan
Mərkəzinin tərəfdaşlığı ilə “Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyi tərəfindən “Region
gənclərinin dövlət qulluğuna təşviqi” adlı layihənin icrasına 15 noyabr Mingəçevir və 16
noyabr Gəncə şəhərlərində həyata keçirilmiş təlimlərlə start verilib.
120-yə yaxın region gəncinin iştirakı ilə baş tutan təlimlərdə dövlət qulluğu, qulluğa qəbul, bu sahədə mövcud
qanunvericilik, gənclərin peşə seçimi, dövlət qulluğuna hazırlaşmaq metodikası, Dövlət
İmtahan Mərkəzinin dövlət qulluğuna qəbulla bağlı həyata keçirdiyi yeniliklər, dövlət
qulluğunun üstünlükləri, www.dim.gov.az saytından istifadə qaydaları gənclərə ətraflı
öyrədilib.



Təlimlər Dövlət İmtahan Mərkəzinin məsul əməkdaşı Rüfət Ağayevin təqdimatında baş
tutmuş və gənclərin böyük marağına səbəb olub. İştirakçılar tərəfindən təlimçiyə müxtəlif
suallar ünvanlayıb, fikir mübadiləsi aparılıb və bütövlükdə aktiv iştirakçılıq təlimin əsas
metodikası olub. Layihə çərçivəsində nəşr edilmiş dövlət qulluğuna qəbulla bağlı
maarifləndirici toplu region gənclərinə paylanılıb.
Təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim edilib və tədbirlər qeyri-formal foto
çəkilişlər və çay süfrəsi ilə başa çatıb.
Növbəti təlimlər noyabrın 29-u Lənkəran şəhərində və noyabrın 30-u Şamaxı rayonunda
həyata keçiriləcək. Region gənclərini təlimlərdə fəal iştiraka dəvət edirik.