Kişi təbiblərin sayı niyə azalıb? - Həkim səbəbini açıqladı

Son səkkiz ildə Azərbaycanda qadın həkimlərin sayı artıb. Kişi təbiblərimizin sayında isə, əksinə, azalma müşahidə olunur.

Statistik göstəricilərdən məlum olur ki,  2010-cu ildə bütün həkimlərin 63,2 faizi qadın olduğu halda, 2018-ci ildə bu göstərici 66,4 faizə yüksəlib. 2018-ci ildə isə ölkədəki 32 485 həkimin 21 567-i, başqa sözlə 66,4 faizi qadın , 10 918-i, yəni 33,6 faizi kişi olub. 
 
Məsələ ilə bağlı Sherg.az -a danışan allerqoloq-həkim Şahvələd Məmmədovun fikrincə, bu qızların tibb sahəsinə daha çox maraq göstərmələri ilə bağlıdır:

“Konkret bir söz demək də çətindir. Təbii ki, ailələrdə qız övladların sayının daha çox olması statistik nəticəyə təsir edə bilər. Həm də təcrübədən belə məlum olur ki, qızlar tibbə daha çox maraq göstərirlər, nəinki oğlanlar. Yəni kişi həkimlərin sayı azalmır, sadəcdə qadın həkimlərin sayı artır ki, bu da maraq və həvəslə bağlıdır”. 

Kənan Novruzov