68 yaşlı cərrah pedofiliyada ittiham olunur: 250 qurban və 184 şikayət!

Fransada sabiq cərrah geniş miqyasda seksual zorakılıqlarda şübhəli bilinir.
“Sherg.az” “lefigaro.fr”ə istinadən xəbvər verir ki, müstəntiq araşdırması zamanı məlum olub ki, Joel lö Suarnec adlı təqaüddə olan cərrah 250 uşağı pedofil hücumlarına - cinsi zorakılığa məruz qoyub. Bu barədə noyabrın 18-də Roşel şəhərinin prokuroru Loren Zuşoviç məlumat verib. 
68 yaşı olan bu keçmiş həkim 1989-cu ildən 2017-c ilə qədər Van, Loriyan,Loş, Jonzak kimi şəhərlərdə çalışıb. Onun qeydiyyat dəftərində 200 uşağın adı var. Həmin 200 uşağın seksual işgəncələrə məruz qaldığı müəyyən olunub. 
Sabiq cərrahın bu əməli bu il 5-7 yaş arası dörd qızcığaza qaşı törətdiyi cinsi zorkılıqdan sonra polisə edilən şikayət nəticəsində üzə çıxıb.