Moskva-Bakı əlaqələri yüksək səviyyədədir: Münasibətlər strateji xarakter daşıyır

“Azərbaycan-Rusiya arasındakı əlaqələr strateji xarakter daşıyır və prezidentlərimiz arasındakı şəxsi dostluq münasibətləri üzərində daha da möhkəmlənir”.  

Bunu Sherg.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib. 

Deputat bildirib ki, Rusiya Azərbaycanın qapı qonşusudur və yer kürəsində ən böyük ölkədir: 

“Azərbaycan Rusiya Fedarasiyasının həm mərkəzi şəhərləri, həm də vilayət və respublikaları ilə ikitərəfli iqtisadi əlaqələri genişləndirir. Bu məqsədlə mütəmadi olaraq Azərbaycan-Rusiya regionlararası biznes forumları keçirilir və iqtisadi əlaqələr daha da genişlənir. Rusiya Azərbaycanın qeyri-neft məhsullarını ixrac edən ən böyük bazardır.



Rusiyanın biznes strukturları ölkəmizə milyardlarla dollar sərmayə yatırıb. Dünya Dini Liderlərinin II Sammiti çərçivəsində Ümumrusiya Patriarxını qəbul edən Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər iki ölkə arasındakı dostluğun möhkəm olduğunun göstəricisidir. Bəzi qüvvələr bu dostluğun pozulmasına cəhd etsələr də, tərəflər qarşılıqlı əlaqələri daha da inkişaf etdirməkdə maraqlıdır. Bu dostluq həm də ölkələrimizin dini liderləri arasında da möhkəmlənir. Həm siyasi rəhbərlər, həm də dini başçılar arasında möhkəmlənən dostluq və əməkdaşlıq ölkələrarası münasibətləri daha da gücləndirir. Bu münasibətlərə xələl gətirmək istəyən hər hansı qüvvələrin cəhdləri uğursuzdur”.