Azərbaycan-Rusiya Regionlararası forumu keçiriləcək

Noyabrın 22-23-də Moskvada 10-cu Azərbaycan-Rusiya Regionlararası forumu keçiriləcək.

2 gün davam edəcək tədbirdə Azərbaycan və Rusiyanın dövlət rəsmilərinin, deputatların, biznes dairələri nümayəndələrinin iştirakı nəzərdə tutulur. Forum çərçivəsində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarının geniş iclası, sənaye, turizm, kənd təsərrüfatı və humanitar sahələr üzrə "dəyirmi masa"lar təşkil ediləcək, forum çərçivəsində plenar iclas keçiriləcək.

Bununla yanaşı, Azərbaycan nümayəndə heyətinin Moskvaya səfəri çərçivəsində Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində "Azərbaycan" pavilyonunun açılışı olacaq.