Qadına qarşı soyğunçuluq edən keçmiş məhkum tutulub

Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinə müraciət edən paytaxt sakini Z.Qurbanov noyabrın 13-də rayon ərazisində 1 nəfərin ona məxsus, içərisində 3200 manat və mobil telefon olan çantasını açıq talama yolu ilə aldığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluğa və quldurluğa görə məhkum olunmuş M.Əliyev Bakı Şəhər Baş Polis İdarəsi və Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun cari il sentyabrın 13-də Z.Qurbanovanın mənzilindən içərisində 1800 manat olan pulqabısını oğurlaması da müəyyən edilib.

Hadisə ilə bağlı araşdırma aparılır.